Kürd liderdən Atatürkə hörmətsizlik – Video
Türkiyə Böyük Millət Məclisində yeni seçilən millət vəkillərinin and içmə mərasimində ilginc olay yaşanıb. ANS-in məlumatına görə, parlamentə müvəqqəti rəhbər təyin olunan Deniz Baykal deputatları Türkiyənin qurucusu Mustafa Kamal Atatürk üçün sayğı duruşuna dəvət edib.
Bu zaman Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaş yerində olmayıb. Bununla yanaşı HDP lideri deputatlarla birlikdə Türkiyənin “İstiqlal” marşını da oxumayıb.
Qeyd edək ki, Türkiyənin yeni parlamenti yaxın günlərdə yeni hökümət qura bilməsə, təkrar seçkilər keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=27099