İŞİD-çilərə ərə getmək üçün Almaniyadan 110 qadın Suriyaya yollanıb

24.06.2015 - 12:04
424838_461508Almaniyadan azı 110 qadın İŞİD terrorçuları ilə ailə qurmaq üçün Suriyaya yola düşüb. FaktXəbər-in verdiyi məumata görə, bu barədə Augsburger Allgemeine Zeitung xəbər yayıb.
Nəşr bildirir ki, tendensiya artır, bəzi qadınlar  İŞİD-ə qoşulmaq üçün  öz uşaqlarını da yanlarında aparırlar. Ümumilikdə almaniyadan 36 yeniyetmə çıxarılıb.
Qəzet özü geniş araşdırma aparıb. Belə ki, jurnalistlərdən  biri Almaniyada mbövcud olmayan bir  gənc müsəlman qadın adından  elan verir. Guya həmin xanım  radikal islamı dəstəkləyir  və qadınlara hətta valideynlərinin iradəsinin əksinə belə olsa, İŞİD-ə qoşulmaq üçün çağırış edir. Nəticədə uydurma personajla Suriyada döyüşən bir neçə əsl terrorçu və Berlindən bir gənc əlaqə saxlayır. Bu adam yazışmalarda  Almaniyadan Suriyaya müharibəyə getməyə  hazırlaşdığını və getməzdən əvvəl evlənmək istədiyini bildirir. Bununla əlaqədar o, «nişanlısına» bəzi suallar da verir, məsələn, ətirdən istifadə edirmi, yaxud rübənd örtürmü.
Əlaqə  redaksiyanın qərarı ilə kəsilir.
«Sosial şəbəkələrdə bu yöndə evlilik təklifləri çox olur və onlar tez işə keçirlər, bir çox terrorçular ailə qurmaq istəyir», – deyə nəşr yazır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=27149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728