Obamanın Xamneyiyə gizli məktubu
ABŞ prezidenti Barak Obama İran hakimiyyətinə nüvə danışıqları ilə əlaqədar məxfi məktub göndərib. FaktXəbər-in “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda Tehranda çıxan “Həmşəhri” qəzeti məlumat yayıb.
İran parlamenti Rəyasət Heyətinin üzvü Mehrdad Bazrpaş faktı təsdiqləyib və məktubu İrana qonşu dövlətlərdən birinin vasitəsi ilə çatdırıldığını deyib. Qəzetin yazdığına görə, isə məktubu iyunun 17-də İranda səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi çatdırıb.
Bllomberg agentliyi isə məktubun İranın ali lideri Ayətullah Xamneyiyə ünvanlandığını yazıb. Məsələ ilə bağlı başqa məlumat əldə etmək mümkün olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=27497