PKK-dan təhdid: “Bütün Türkiyə müharibə meydanına çevriləcək”
Suriyanın şimalına hərbi müdaxilə planını müzakirə edən Türkiyəyə PKK terror təşkilatından təhdid gəlib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın Kandildəki rəhbərlərindən olan Murad Karayılan Suriyaya hərbi müdaxilənin olacağı halda Türkiyəni müharibə meydanına çevirəcəklərini söyləyib.
“Bu müdaxilə Rojavaya deyil, bütün kürd xalqına qarşı edilən bir müdaxilə sayılacaq. Açıq danışıram, əgər Türkiyə Rojavaya müdaxilə etsə, biz də Türkiyəyə müdaxilə edərik. O zaman bütün Türkiyə müharibə meydanına çevrilər”, – Karayılan söyləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=27526