ABŞ-İran savaşı yenidən gündəmdə – iyulun 7-dən sonra…

06.07.2015 - 01:29

iranabs“Altılıq” ölkələri İranla saziş bağlamağa heç vaxt bu qədər yaxın olmayıb”. Bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib. “Bu axşam mənim həmkarlarım Vyanaya qayıdırlar. Son bir neçə gün ərzində əsl irəliləyişə nail olduq. Amma hamı anlasın ki, biz indiyə qədər ən mürəkkəb məsələləri uyğunlaşdırmadıq. Eyni zamanda İranın xarici işlər naziri Cavad Zəriflə tamamilə razıyam ki, biz sazişə heç vaxt bu qədər yaxın olmamışdıq”, – Kerri bildirib.

Dövlət katibi qeyd edib ki, “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) və İran gələn həftə razılaşmaya nail ola bilər: “Əgər tezliklə ağır qərarlar qəbul edilərsə, İranın nüvə proqramı üzrə saziş gələn həftə bağlana bilər. Əgər bu qərarlar qəbul edilməsə, razılaşma olmayacaq”.

Qeyd edək ki, yekun sənəd 30 iyuna qədər hazırlanmalı idi. Ancaq tərəflər danışıqların 7 iyul tarixinə kimi uzadılması barədə qərar veriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=27699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728