Hərbi kazarma uçdu: ölənlərin sayı 23-ə çatdı

13.07.2015 - 13:13

94989Omskda Hərbi Desant Qoşunlarının kazarmasının uçması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Müdafiə Nazirliyinin məlumatına görə, bu vaxta qədər dağıntılar altından 42 nəfər çıxarılıb.

“İyulun 13-ü səhər saat 10:00-a (Bakı vaxt ilə 12:00) olan məlumata görə, 23 hərbçi ölüb”.

Bazar günü axşam saatlarında kazarma binasının bir neçə mərtəbəsi uçub. Onlarla insan dağıntılar altında qalıb.

Saat 10:21
Rusiyanın Omsk şəhərində hərbi kazarma binasında uçqunda ölənlərin sayı sürətlə artır. ANS PRESS-in məlumatına görə, regionun xilasetmə xidmətinin nümayəndəsi baş vermiş hadisə nəticəsində dağıntılar altından 37 nəfər çıxarılıb. Onlardan 18-nin cəsədinin çıxarmaq mümkün olub.

İlkin məlumatlara görə, dağıntılar altında 8 nəfər var. Onların xilas edilməsi yönündə iş gedir.

Həmin an binada olan 337 nəfərdən 45-i dağıntılar altında qalıb. Xilas edilən 19 nəfərin əksəriyyəti ağır və çox ağır vəziyyətlərdə xəstəxanalara çatdırılıb. İlkin məlumata görə, 11 nəfərin şəxsiyyəti müəyyən edilib.

Kazarma gecə saatlarında uçdu


Gecə uçmuş kazarmanın səhər saatlarında çəkilmiş görüntüsü

Omsk şəhərinin Svetlı qəsəbəsində yerləşən hərbi kazarmanın 4 mərtəbəli təlim korpusunun bir bölümünün damı və divarın bir hissəsi gecə saatlarında uçub. Qəzaya nəyin səbəb olduğu məlum deyil.


Omskda gecə saatlarında uçan 242-ci kazarmanın tədris binasında dağıntılar altında qalanların xilas edilməsi


Axtarışlar səhər saatlarında da davam edib.

Faciədən sonra kazarma binasının restavrasiyasında iştirak edən mütəxəssizlərdən biri təmir işləri zamanı şahidi olduğu səhlənkarlıqdan danışıb. Omsk sakini Vladimir Nastıçenkonun sözlərinə görə, briqadada onunla birlikdə reabilitasiya mərkəzində müalicə alan narkomanlar və əyyaşlar çalışıb. Təbii ki, bu insanların lazımi kvalifikasiyası yox idi və onlar bir qarın yeməyə işləyirdilər.


Kazarmanın əsgərləri

Hərbi kazarmanın uçması faktı ilə bağlı “Səhlənkarlıq” maddəsilə cinayət işinə başlanıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin araşdırılması üçün Moskvadan Omska Müdafiə Nazirliyinin xüsusi komissiyası da cəlb olunub.


Xilasetmə işlərinə təlim görmüş itlər də cəlb edilib.


11 nəfərin şəxsiyyəti müəyyən edilib.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28040

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728