Ukraynanın Putinin şəkli olan köynək geyinən türk konsulu qovuldu (FOTO)

13.07.2015 - 23:58
Ukraynanın Türkiyədəki fəxri konsulu Levent Aydın Vladimir Putinin şəkli olan köynək geyindikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
“Levent Aydın bir çox Ukrayna vətəndaşlarına yardım edib. Amma, bu, prinsip məsələsidir. Mən onun Ukraynanın fəxri konsulu səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul etdim”, – Ukraynanın xarici işlər naziri Pavel Klimkin “Twitter”də yazıb.
XİN rəhbəri qeyd edib ki, Levent Aydın Ukrayna diplomatı olmayıb və diplomatik missiyada fəxri konsul vəzifəsini tutub. Pavel Klimkin yazıb ki, Levent Aydın Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, Levent Aydın bir müddən əvvəl rəsmi tədbirə Putinin portreti olan köynəkdə gəlmişdi. musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=28066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728