Yatsenyuk ABŞ biznes liderlərini Ukraynaya investisiya qoymağa çağırıb

14.07.2015 - 00:32
97805090-E9EA-462D-9A94-95CB2A39E089_mw1024_s_nUkraynanın Baş naziri Arseni Yatsenyuk ukraynalılar və amerikalıların dünyanı azad etmək işidə çiyin-çiyinə dayanmalı olduğunu deyib.
Cənab Yatsenyuk ABŞ-ın Ticarət Palatasında ABŞ və Ukrayna biznes liderlərinin forumunda iştirak edib. Forumda iki ölkənin biznes liderləri Ukrayna iqtisadiyyatının inkişaf etdirilməsinə dair yüksək səviyyədə danışıqlar keçirmək üçün bir araya gəlib. Bu, Ukraynada 2014-cü ildə inqilabdan sonra ABŞ və Ukrayan biznes liderlərinin ilk rəsmi görüşüdür.
Arseni Yatsenyuk Ukraynanın kreditorlarını daha artıq əməkdaşlıq və tərəfdaşlıq göstərməyə çağıraraq deyib ki, bu, Ukraynanın müvəffəq olmasında mühüm rol oynaya bilər. Baş nazir habelə ölkədə korrupsiya kimi problemlərdən danışaraq, bu halın Ukraynada  dərin kök saldığını etiraf edib, lakin Kiyev hökumətinin problemlə mübarizə apardığını deyib.
Cənab Yatsenyuk Amerika investorlarına üz tutataq onları Ukraynada investisiya qoymağa dəvət edib:”Amerika investorları, gəlin, biz sizi Ukraynada görməyə çox şad olarıq.”
ABŞ-ın Maliyyə naziri Penni Pritzker deyib ki, Ukrayna liderləri əhatəli biznes proqramının yaradılması üçün ABŞ bizne liderləri ilə birgə işləmək istəyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=28079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728