20 ölkə çıxılmaz vəziyyətə düşəcək – SİYAHI
“Jubilee Debt Campaign” təşkilatı hazırladığı hesabatda tək Yunanıstanın deyil, ümumilikdə 20-dən çox ölkənin xarici borca görə böhran içərisində olduğunu yazıb.
Həmin siyahıda Yunanıstanla yanaşı Ermənistan və Ukaynanın da adı çəkilir. ”Overseas Development Institute” analitik mərkəzin nümayəndəsi Cudit Tayson bildirib ki, 2012-ci ildən etibarən xüsusilə Afrika ölkələrində dövlət borcunda xeyli artım müşahidə edilir.
Onun sözlərinə görə, G8 liderləri həmin ölkələrin bəzilərinin 2005-ci ildə Qleniqls sammitində borclarını silib: “Düşünülürdü ki, onlar “təmiz səhifədən” başlayaraq inkişaf edə bilərlər. Lakin o zamandan həmin ölkələr yenidən borca batdılar. Bununla belə, bəzi ölkələr düzgün kapital qoyuluşu edərək infrastrukturu yaxşılaşdıra bilib”. ans press
Short URL: http://www.cumhuriyyet.net/?p=28110