Bu gün səhər İranla “altılıq” arasında anlaşma elan edilə bilər
İranın nüvə proqramı ilə bağlı İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) yekun anlaşma iyulun 14-ü, səhər elan edilə bilər.
Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə danışıqlara yaxın mənbə bildirib.
“İranla “altılıq” arasında anlaşma əldə olunduğu haqda məlumat 14 iyulunun səhərindın tez elan edilməyəcək” – mənbə bildirib.
Az öncə xəbər verilmişdi ki, anlaşma Tehrana qarşı silah embarqosunun da götürülməsinə gətirəcək.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=28118