İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıb

15.07.2015 - 00:18

img1856924Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox” vətəndaş hərəkatının fəalları İrəvanın iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

APA-nın news.am-a istinadən məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.

Xatırladaq ki, iyunun 23-də İrəvan polisi “Talana yox” hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=28208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728