“Nyu York Tayms”: ABŞ Rusiyanı məhv edər
“Rusiya rəhbərliyi anlayır ki, nüvə silahının istifadəsi nəyə gətirib çıxaracaq”.
Axar.az xəbər verir ki, bu sözləri “Exo Moskva” radiosuna müsahibəsində “Nyu York Tayms”ın baş redaktoru Yevgeni Albats söyləyib.
Onun sözlərinə görə, əgər nüvə müharibəsi olsa, ABŞ-ın cavab zərbəsi endirmək üçün kifayət qədər gücü var:
“Amerikalıların istənilən hücuma cavab vermək üçün gücləri kifayət qədərdir. O zaman Rusiyadan heç nə qalmayacaq. Mən ümid edirəm ki, bizim ölkə rəhbərliyində təmsil olunanların övladları, nəvələri var. Çünki yalnız bu fakt onları saxlaya bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=28252