“İRAN BİZİ ALDADA BİLƏR”

16.07.2015 - 10:12

102550_res_01ABŞ prezidenti Barak Obama Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi razılığı müdafiə edərək, bunun İranın nüvə silahına malik olmamasını təmin etməyin ən yaxşı yolu olduğunu deyib.

İranla əldə edilmiş razılığı skeptik ABŞ qanunvericiləri və eyni zamanda Amerika ictimaiyyəti qarşısında müdafiə etməyə çalışan prezident Obama onun həm də nüvə silahı yarışının qarşısının alınması və Yaxın Şərqdə daha çox müharibəyə yol verilməməsində əhəmiyyət daşıdığına diqqət çəkib.

Obamanın sözlərinə görə, razılaşma ilə İranın nüvə bombası istehsal etməsi qarşısında bütün imkanlar bağlanıb. O həmçinin bildirib ki, bu razılaşma Birləşmiş Ştatlar, onun müttəfiqləri və dünyanı daha təhlükəsiz edir.

Amerika lideri ABŞ-ın Konqresdə sənədin nəzərdən keçirilməsi prosesində onu təsdiq etmək imkanını əldən versə, “tarix bizi çox sərt mühakimə edəcək” deyib. Onun sözlərinə görə, İranla yekun razılaşmasının əldə edilməsi şansı bir də olmaya bilərdi.

Obama həmçinin ABŞ-ın başçılığı ilə müzakirələr prosesinin Amerikanın liderliyini nümayiş etdirdiyini bildirib.

Bununla belə, Obama onu da qeyd edib ki, rəsmi Tehran Vyanada əldə edilən razılaşmanı tətbiq etməkdən boyun qaçıra bilər.

“İran bizi aldada bilərmi? Bəli, bu mümkündür”, – deyən Ağ Ev başçısı, Tehranın fəaliyyətinə nəzarət mexanizminin əhəmiyyətinə də diqqət çıkib.(amerikanın səsi)

Short URL: http://www.cumhuriyyet.net/?p=28274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728