Obama Putinlə nüvə razılaşmalarından danışdı

16.07.2015 - 12:55

img1827210ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə İranla bağlanan nüvə razılaşması barəsində telefonla danışıblar.
Musavat.com-un məlumatına görə, Ağ Ev bildirir ki, Obama təxminən 20 aylıq intensiv müzakirələrin ardından “dönüş nöqtəsi” kimi qiymətləndirdiyi razılaşmada Kremlinin vacib rol oynadığına görə Putinə təşəkkür edib.
İki lider əldə olunan razılaşmanı nüvə silahı əldə etməyin bütün yollarını kəsməsi səbəbindən İranın nüvə silahı hazırlaya bilməyəcəyini təsdiqləməsinin tarixi bir hadisə olduğunu vurğulayarkən, son razılaşmadan irəli gələn tədbirlərin həyata keçirilməsində yaxın işbirliyi içində olma öhdəliklərini qeyd ediblər.
Obama və Putin Suriya da daxil olmaqla regional gərginliyin azaldılmasında birlikdə işləmək istədiklərini bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=28311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728