Sensasiya: “Vatikanda Məhəmməd peyğəmbərin rəsmi və türkcə məktubu saxlanır”

21.07.2015 - 01:09

rr“Dahi Azərbaycan şairi İmamədin Nəsiminin qəzəli olan 11 qədim əlyazma, Məhəmməd Füzulinin qəzəli olan 11 əlyazma, Nəsirəddin Tusinin əlyazmazı olan 4 əsər Vatikanın gizli arxivində saxlanılır”. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvinin şeirləri olan 8, habelə Şah İsmayıl Xətainin şeirləri olan 2 qədim əlyazma da Vatikanın gizli arxivindədir. O qeyd edib ki, italyanlar Roma papasının tabutunun qoyulduğu xalçanın Təbriz və ya Qarabağ xalçası olduğunu etiraf edirlər.

“Onu qeyd edim ki, Azərbaycanın Quba, Şirvan, Şamaxı, Şəki, Qarabağ xalçaları Avropa tacir və səyyahlarının diqqətini cəlb edib. Oradakı xalça Vatikanda xüsusi mühafizə altında qorunur və ona yaxınlaşmaq mümkün deyil. Vatikanda Papanın yalnız özünə aid olan bir qədim sandıq var. Orada Məhəmməd Peyğəmbərin və Həzrət Əlinin türk dilində yazdıqları məktublar saxlanır. Bu məktublar türklərə ünvanlanıb və islamı qəbul etməyə dəvət edilir. Məktubdan bir nümunə məndə var. Amma orjinallar oradadır. İslam Ərəbistanda elan ediləndə Xristian dövlətlərdən birinin gizli agentləri Məhəmməd Peyğəmbəri görməyə gəlir və onun gizli rəsmini çəkir. Sonra padşahına aparır ki, bu şəxs Peyğəmbərdir. Həmin rəsm Papanın gizli arxivində saxlanılır”, – deyə siyasi elmlər üzrə fəlsəfə doktoru əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28359

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930