Ərdoğandan savaş anonsu: “Vaxt çatdı”

21.07.2015 - 01:34

erdoqan1Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan edib.

“Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə vurğulamaq istəyirəm”, – Türkiyə prezidenti bəyan edib.

Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.

Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=28474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728