“Məhəmməd peyğəmbər dünyanın ən ədalətli insanıdır” – ABŞ Konstitusiya Məhkəməsindən tarixi etiraf

24.07.2015 - 00:32

rrAmerika Birləşmiş Ştatlarının Ali Konstitusiya Məhkəməsinə görə, Məhəmməd Peyğəmbər Yer üzünün ən ədalətli insanıdır. Bunu ilk olaraq Konstitusiya Məhkəməsinin mənzil qərargahının freskasında İslamın banisinin rəsminin olması göstərir. Məhkəmənin binasındakı freskada rəsmi olan Məhəmməd peyğəmbər dünyanın ən ədalətli adamı sayılır. Bu freska hələ bir müddət əvvəl mənzil qərargahdan gətirilib. Üstəlik, Məhəmməd Peyğəmbərin adı freskada ədalət simvolu kimi qeyd edilib.
Freskanın müəllifi alman əsilli amerikalı rəssam Adolf Aleksandr Vaynmandır. Müsəlmanların Məhəmməd Peyğəmbərin şəklinin çəkilməsinə qarşı çıxdıqlarını nəzərə alan rəssam özünü əvvəlcədən sığortalamaq üçün “rəsmim heç də Məhəmməd peyğəmbərin tam oxşarı deyil” – deyə bildirib. İslamın banisinin rəsmini əbədiləşdirmiş rəssam həmkarlarından müsəlmanlara xüsusi rəğbət bəsləməsi ilə seçilib.
Bu arada maraqlı faktı nəzərinizə çatdırmaq istəyirik. Məsələ burasındadır ki, Yer üzünün ən böyük ölkələrindən birinin dövlət orqanının freskasında dünyanın ilk müsəlmanının rəsminin olması faktı ictimailəşəndən sonra freskanın fotosu internetdən silinib.
Qeyd edək ki, bir müddət əvvəl Amerika məhkəməsi İslam peyğəmbərini təhqir edən filmi ekranlaşdırmış Nakul Basilyanı həbsinə qərar verib. (publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28711

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031