NASA Yer kürəsinə bənzər yeni planet kəşf etdi

24.07.2015 - 00:52

rrABŞ Milli Aerokosmik Agentliyi (NASA) Günəş sistemində Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib. Bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran “Keppler” səma teleskopu ötürüb.

Mətbuat konfransı zamanı xəbər barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. İstənilən halda, ekspertlər Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər. Brifinqdə bildirilib ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 500 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış sputnik vasitəsilə çatmağı planlaşdırırlar. Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=28731

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728