Türk Ordusu İŞİD-ə qan uddurdu: yüzlərlə ölü
Türkiyə xüsusi təyinatlıları Çobanbeyli ərazisindən Suriyaya girib. Bölgəyə gətirilmiş artileriya Raidəki IŞİD mövqelərini atəşə tutub.
Məlumatlara görə, İŞİD Türkiyə sərhədindəki əraziləri boşaldaraq Suriyanın içərilərinə çəkilir. Türkiyə mətbuatının yazdığına görə, İŞİD snayperləri bölgədəki türk əsgərlərinin hədəflərinə atəş açırmış. Xəbərə görə, açılan atəş nəticəsində bir türk zabiti həyatını itirib, 2 nəfər əsgər isə yaralanıb.
Kilis valisi Süleyman Tapsız mətbuata verdiyi açıqlamada türk əsgərlərinə Suriya tərəfindən atəş açıldığını bildirib.
Təhlükəsizlik qüvvələrinin IŞİD-in nəzarətindəki rayondan açılan atəşə anında qarşılıq verdiyini vurğulayan Tapsız bir türk zabitinin açılan atəş nəticəsində öldürüldüyünü bildirib.
“İlk atəş nəticəsində bir şəhid oldu, 2 mütəxəssis çavuşumuz isə yaralanıb. Əllərindən yaralanan əsgərlərimiz Kilis Dövlət Xəstəxanasına qaldırılıb. Sağlamlıq vəziyyətləri yaxşıdır.”
Türkiyə mətbuatının verdiyi məlumata görə, Bordo Beretlərdən ibarət 60 nəfərlik iki türk taboru atəş açıldığı Suriya kəndinə girib. Bordo Beretlər İŞİD-in nəzarətindəki Ayyaşe kəndini ələ keçirib.
İxlas Xəbər Agentliyinin yaydığı məlumata görə isə İŞİD-in türk əsgərinə atəşinə mərmi topları, tank topları və avtomatlarla qarşılıq verilib. Türk Silahlı Qüvvələri tərəfindən desant qoşunları ilə zirehli maşınlar, sərhəd xəttinə gətirilib. Qarşıdurmalar davam edərkən, yerli mənbələrdən alınan məlumata görə, 100-dən çox IŞİD-çinin öldürüldüyü bildirilir. (avropa.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=28754