Putinin imperalist “gecə canavarları” Qarabağa gəlir

28.07.2015 - 01:02

rrBəzi KİV-lər Rusiya erməniləri İttifaqının vitse-prezidentinin birinci müavini Sergey Sajumyana istinadən xəbər verib ki, “Gecə canavarları” motoqrupu iyulun 31-də Ermənistana gedəcək.

Avqustun 1-də onlar İrəvanın Respublika meydanından keçəcəklər, “soyqırım” abidəsini ziyarət edəcəklər, sonra Qarabağa yollanacaqlar.

Lakin Rusiyanın baykerlər klubu “Gecə canavarları”nın mətbuat katibi Anna Komarova virtualaz.org saytının əməkdaşına bildirib ki, “canavarların” iyulun 31-də Ermənistana və daha sonra Azərbaycanın işğal altındakı ərazilərinə səfəri haqda informasiyaya malik deyil.

Komarovanın sözlərinə görə, “canavarların” Ermənistana səfəri haqda ilk dəfə eşidir.

“Ən azından hələlik bu haqda mənə heç kim heç nə deməyib”- mətbuat katibi bildirib.

Bununla belə virtualaz.org saytı artıq “Gecə canavarları”nın işğal altındakı Azərbaycan ərazilərinə mümkün səfəri barədə Moskvadakı səfirliyimizi məlumatlandırıb.

“Gecə canavarları” Putinin imperiya ideyalarını dəstəkləyən aqressiv qrupdur.

“Gecə canavarları” bayker klubuna “Xirurq” ləqəbli Aleksandr Zaldostonov başçılıq edir. Prezident Vladimir Putin dəfələrlə bu bayker klubunun üzvləri ilə görüşüb. Bu da deməyə əsas verir ki, “canavarlar” Kremldən kurasiya olunur.

“Gecə canavarları” Putinin seçki təbliğatında, daha sonra Krımın Rusiya birləşdirilməsinin və Ukraynadakı separatçı qüvvələrin dəstələnməsində fəal iştirak edib. “Canavarlar” mayın 9-nu Berlində qeyd etmək üçün Avropaya yürüşə çıxıblar, lakin bəzi ölkələr onlara viza verməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28811

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031