İŞİD-in Azərbaycanlı əmiri – Abdulla Abdullayev

29.07.2015 - 00:20

isid“O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub” , Bunu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

Ötən həftədən bəri Türkiyə boyu İslam Dövləti və PKK qruplarına üzv olmaqda şübhəli bilinənlərin həbsləri davam etdirilir.

Türkiyə mediası “İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu” barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil.

“O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub”, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

Məlumatlara əsasən, iyulun 24-də İslam Dövləti qrupuna üzv olması ittihamı ilə saxlanılan üç nəfər barəsində İstanbul məhkəməsi tərəfindən həbs qərarı verilib. “Həmin şəxslərin arasında İŞİD-in İstanbul əmiri olduğu bildirilən Abdulla Abdullayev də var”- Türkiyə mediası xəbər verir.

Daha əvvəl “Azərbaycanlı Abdulla Abdullayev”in həbsi barədə yayılan xəbərlərdə onun vətəndaşlığına aydınlıq gətirilməyib, Ankaradan jurnalist İlhamə Qasımlı BBC Azərbaycancaya bildirib.

Eyni əməliyyatda “İŞİD-in Türkiyə lideri” kimi təqdim olunan “Abi Hanzala” kod adlı Halis Bayuncuk və daha dörd nəfər barəsində də iki gün öncə məhkəmə tərəfindən həbs qərarı verilmişdi, xəbərdə deyilir.

“Hazırda bununla bağlı məlumat verə bilmirik. Gərəkli açıqlamaları daha sonra mətbuat bürosu vasitəsi ilə yayacağıq”, İstanbul polisinin terrorla mübarizə şöbəsindən BBC Azərbaycancaya bildiriblər.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İSİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28878

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930