İnsanlıq adına rəzalət: toyda gəlinə kəsilmiş baş hədiyyəsi

29.07.2015 - 10:35

hicab2İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi toy hədiyyəsi kimi bir qadının başını kəsməyə icazə verib. Bu haqda “The Daily Mail”ə qadın şəriət məhkəməsinin keçmiş əməkdaşı xəbər verib. Lina adlandırılan qadın bildirib ki, qadın şəriət məhkəməsi hakimlərindən birinin əri döyüşlərdə həlak olub. Daha sonra dul qadın özünə yeni ər tələb edib və toy hədiyyəsi kimi bir “kafir”in başının kəsilərək ona verilməsini istəyib.

Lakin İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi qərara gəlib ki, həmin hakim qadın olduğu üçün onun kişi öldürməyi tələb etmək hüququ yoxdur. Bağdadi qadına casusluqda şübhəli bilinən qadın həmkarlarından birinin başını kəsməyi təklif edib. Haqqında ölüm hökmü çıxarılan qadın isə Linanın keçmiş rəisi olub.

İŞİD terror qruplaşmasının əlindən qaçan qadın qeyd edib ki, “xansa” adlanan qadın şəriət məhkəməsində Böyük Britaniyadan 5 qadın xidmət edir. Onların çoxu milliyətcə ingilisdir. (anspress)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28911

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728