Erməni müxalifətinin liderini döyüb xəstəxanalıq etdilər…
İrəvanda “Qalx, Ermənistan” hərəkatının etiraz aksiyası davam edir. APA-nın “news.am”-a istinadən məlumatına görə, bu axşam hərəkatın liderlərindən biri David Sanasaryan təcili yardım maşını ilə “Erebuni” xəstəxanasına çatdırılıb.
Məlumata əsasən, polis əməkdaşları D.Sanasaryanı yerə yıxaraq başına zərbələr endiriblər.
Ermənistan hökumətinin elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələbi ilə Yerevanda etiraz aksiyaları davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=28966