2016 Yay Olimpiya Oyunları haqda ŞOK məlumat

30.07.2015 - 14:12

rr2016-cı ildə Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləck XXXI Yay Olimpiya Oyunları ilə bağlı vahiməli xəbər yayılıb. Associated Press agentliyinin əməkdaşlarının apardığı araşdırma zamanı oyunlar zamanı su idman növləri üzrə keçiriləcək yarışların çirkli suda baş tutacağı aydınlaşıb. Belə ki, jurnalistlər Rodriqu-di-Freytaş gölündə, Quanabara körfəzində, Kopakabana və İpamena çimərliklərindən su nümunlərini laboratoriya yoxlanışına veriblər. Aydın olub ki. su yarışlarının keçiriləcəyi bu hövzələr kanalizasiya sularının axıdılması nəticəsində təhlükəli mikrorqanizmlərlə zənginləşiblər. Müqayisə əsasında Braziliyadakı sularda xəstəlik yaradan mikroorqanizmlərin ABŞ-ın Klaiforniya sahilləri ilə müqayisədə 1,7 milyon dəfə çox olduğu müəyyənləşib.

“Faktiki olaraq, bu təmizlənməmiş kanalizasiya sularıdır”-deyə dəniz bioloqu Con Qriffit deyib. Braziliyada yarışların keçiriləcəyi su hövzələrindən gətirilən nümunələrdə adenovirus, rotavirus və bağırsaq çöpləri aşkar olunub. Yay Olimpiya Oyunları üçün Braziliya hpökuməti tərəfindən xüsusi proqramla təmizlənmiş Rodriqu-di-Freytiş gölü isə 1 litr suda 14 milyon adenvirus olmaqla ölkənin ən çirkli su hövzəsi olub.

2016 Yay Olimpiya Oyunlarında su yarışlarında 1400 dünya idmançısı iştirak edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=29036

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728