ŞOK! “Xristian Talibanı” yaranır: “Moskva yanmalıdır”

31.07.2015 - 01:34

rrİngiltərənin “Röyter” agentliyinin iki müxbiri Ukraynanın şərqində separatçılarla mübarizə aparan könüllü batalyon komandirləri ilə görüşüb. Axar.az xəbər verir ki, “Müqəddəs Məryəm” taborunun lideri Dmitro Korçinski Kiyevdə, bir bilyard salonunun zirzəmisində jurnalistlərlə görüşərək maraqlı açıqlamalar verib.

“Xristian Talibanı” yaradırıq

Tabor komandiri Ukraynanın şərqindəki müstəqillik tərəfdarı olan separatçılara qarşı Kiyev qüvvələrinə yardım etdiklərini, saylarının isə sirr saxlandığını deyib: “Əmrləri Daxili İşlər Nazirliyindən alırıq. Yaxın vaxtlarda rusmeylli qüvvələrə böyük zərbə vuracağıq. Ukraynanın şərqindəki bölgələri və Kırımı geri almaq üçün “Xristian Talibanı” adlı təşkilat quracağıq. Ukraynanın Səlib yürüşlərinə liderlik etməsini istərdim. Vəzifəmiz yalnız işğalçıları qovmaq deyil, həm də intiqam almaqdır. Moskvanı yandırmalıyıq”.

Könüllü tabor komandirinin sözlərinə görə, bunu etmək o qədər də asan olmayacaq. Çünki heç kim hazırkı iqtidardan razı deyil: “Ukraynalıların bir çoxu kimi mən də yeni rəhbərliyin pis olduğunu düşünürəm. Çox oğurlayırlar. Ukraynanın etirazlar nəticəsində devrilən prezidenti Viktor Yanukoviç də pis idi. Ancaq indikilər ölkə müharibədə olduğu bir vaxtda oğurluq edir. Yəni iki qat cinayətkardırlar. Maydan hadisələri yarımçıq qaldı. Bir gün bu proses də tamamlanacaq”.

Naharda sanki körpə uşaq yeyirik…

Ukraynanın şərqində Kiyev qüvvələrinin yanında yer alan “Aydar“ taborunun lideri Sergey Melniçuk agentliyə verdiyi açıqlamasında bəzi döyüşçülərin batalyondan ayrıldığını, ölkənin şərqində cinayət törətdiyini etiraf edib. Millət vəkilinin sözlərinə görə, burada Rusiya təbliğat maşını da mühüm rol oynayır:

“Taborumuzun bəzi üzvlərinin orada (Ukraynanın şərqində) oğurluq etdiyini istisna etmirəm. Lakin bəzi zamanlarda hadisələr çox şişirdilir. Rusiya təbliğatı da burada mühüm rol oynayır. Bizi sanki naharda körpə uşaq yeyirmiş kimi təqdim edirlər”.

Bu, müharibədir

Səkkiz üzvü haqqında təcavüz, cinayət və oğurluq kimi ittihamlar olan “Tornado” taborunun komandiri Andrey Filonenko isə müharibədə baş verən hadisələrin normal qəbul edilməli olduğunu deyib:

“Bu ittihamların haradan çıxdığını başa düşmürəm. Tək bildiyim odur ki, insanlar (“Tornado” üzvləri) vətənləri üçün qan tökür. Bu, müharibədir. Əlbəttə, insanlara şirniyyat paylamayacaqlar. Önümüzdə bir plan olur. Bunu yerinə yetirmək üçün də bir avtomobilə ehtiyacımız olur. Gedib yaralıları almağımız lazımdır. Nə edirik? Əlbəttə bir avtomobili dayandırıb onu götürürük”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930