“The Economist”: “Rusiya ərazisində yeni dövlətlər yaranacaq”

06.08.2015 - 02:25

RusiyaEkspansiya və aqressiya Rusiya dövlətinin dəfələrlə parçalanmasına səbəb olub. Bu iddianı “Ekonomist” (“The Economist”) qəzetinin analitikləri irəli sürüb. Analitiklərə görə, artıq Rusiya elə bir vəziyyətə gəlib ki, hər hansı xarici müdaxilə olmadan belə asanlıqla çökə bilər:

“Rusiyanın sələfləri olan Rusiya imperiyası, Sovet İttifaqı da daxili problemləri hansısa kiçik qalibiyyətli müharibənin yardımı ilə həll etməyə çalışırdılar. Lakin onlar öz güclərini nəzərə almayıb, iqtisadiyyatı həddən artıq yükləyirdilər. Rusiya iqtisadiyyatı Qərb ölkələrinin iqtisadi sanksiyalarından sonra bərbad vəziyyətə düşüb. Çeçenistanın Rusiyadan çıxması qonşusu Dağıstana böyük təsir edəcək. Bundan sonra Tatarıstan özünü müstəqil xanlıq elan edəcək. Sibirdə öz dövlətlərinin qurulması ideyası doğulacaq. Urala gəlincə, onlar öz dövlətlərini qurub Sibirə qatılacaqlar. Postsovet sərhədlərini pozmaqla Putin Pandorra qutusunu açdı. Əgər onun dediyi kimi Krım tarixən Rusiyaya aiddirsə, o zaman İkinci Dünya müharibəsindən sonra tutulan Kalininqrad haqqında nə demək olar? Finlandiya 1940-cı ildəki Qış müharibəsi zamanı özünün Şərqi Kareliyasını geri qaytara bilməzmi?

Ən pisi isə odur ki, Putin müharibə fonunda çiçəklənən xaosa meyillənən qüvvələri oyadıb. Ukraynanın şərqi cinayətkarların yuvasına çevrilib. Rusiyanın parçalanması Qərb ölkələri üçün ən dəhşətli kabus olacaq. Rusiyanın nüvə arsenalı kimin nəzarətinə keçəcək? Hətta Moskva onlar üzərində nəzarətini saxlasa belə, onların təhlükəsizliyini təmin etmək asan olmayacaq”.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29336

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930