MHP-dən sərt koalisiya şərtləri: Ana Yasaya toxunma və …

17.08.2015 - 00:17

mhpDoğan TV-nin Ankara nümayəndəsi Hande Fırat CNN kanalına müsahibəsində Milliyətçi Hərəkat Partiyasının koalisiya danışıqları ilə bağlı şərtlərini açıqlayıb.

Axar.az xəbər verir ki, AKP-MHP-nin koalisiya görüşündən danışan Fırat ikincilərin hökumətin qurulması yönündə 4 şərti olduğunu bildirib.

Həmin 4 şərt belədir:

1. Konstitusiyanın ilk dörd maddəsini dəyişdirmək olmaz, hətta dəyişiklik üçün təklif belə olmaz. Bu, MHP-nin güzəştə getməyəcəyi şərtdir.

2. Həll prosesi (Kürdlərlə həll prosesi) nöqsansız və bəhanəsiz olaraq aradan qaldırılmalı, proses tamamilə ləğv edilməlidir, bununla bağlı olaraq müzakirələri qəbul etmirik.

3. Cəmiyyəti iflic edən, ədalət və əxlaq qaydalarını heçə sayan rüşvət və korrupsiya məsələləri (17-25 dekabr əməliyyatı) yenidən gündəmə gətirilməli və günahkarlar kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.

4. Vəzifənin tələb etdiyi qanuni və hüquqi zəmində olması ilə yanaşı, hakimiyyət bölgüsü parlamentin prinspilərinə uyğun şəkildə aparılmalıdır. Bu, demokratiyanın mühafizəsi, sağlam bir koalisiya üçün əsas götürdüyümüz meyardır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29512

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930