Türk ordusu tanklarla hücuma keçdi

17.08.2015 - 01:59

rrTürkiyənin Kilis vilayəti ilə həmsərhəd Suriyanın Azəz rayonunun Karamezre kəndində müxaliflərlə İŞİD terrorçuları arasında atışma baş verib. ANS PRESS-in məlumatına görə, İŞİD terrorçuları “Zenit” topları ilə müxaliflərin nəzarətindəki Karamezre kəndində yerləşən təbii qaz transferi stansiyasını hədəfə götürüblər. Terrorçularının atdığı top mərmilərindən yeddisi Türkiyə ərazisinə düşüb.
“Əlcəzirə”yə məlumat verən mənbə top mərmilərinin Yavuzlu və Ardıclı kəndlərinə düşdüyünü, insan tələfatı olmasa da Ardıclı kəndindən sakinlərin təxliyyə olunduğunu bildirib.

Bundan sonra öhdəlik qaydaları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid tanklar qarşı tərəfdəki İŞİD hədəflərini intensiv atəşə tutub. Suriyalı müxaliflər ötən gün ərzində İŞİD nəzarətində olan Azəz rayonunun kəndlərinə fasiləsiz hücumlar edib. Günortadan sonra isə Karamezrenin cənubundakı bəzi kəndlər müxaliflərin nəzarətinə keçib.

Hazırda Türkiyə ilə həmsərhəd Karamezre kəndində atışmaların davam etdiyi, strateji əhəmiyyətə malik təbiiqaz transferi stansiyasına müxaliflərin nəzarət etdiyi bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930