MHP AKP-ni tupikə saldı: koalisiya da olmur, təkrar seçki də olmayacaq…

18.08.2015 - 00:03

rr“MHP lideri AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını, azlıq hökuməti və növbədənkənar parlament seçkilərinə də dəstək verməyəcəklərini söylədi”. Bunu Türkiyə baş naziri səlahiyyətlərini icra edən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu partiyanın qərargahında keçirdiyi mətbuat konfransında bildirib. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə keçirdiyi görüşdə ölkədə baş verən hadisələri müzakirə etdiklərini söyləyib.

“Bu gün Dövlət Bağçalı ilə səmimi şəkildə görüşdük. Əvvəlcə terrorla mübarizə məsələsində fikir mübadiləsi apardıq. D.Bağçalı əvvəllər də ictimaiyyətə açıqladığı 4 maddə səbəbindən AKP ilə koalisiya hökumətinin qurulmasının mümkün olmadığını ifadə etdi. MHP sədri seçki hökumətinin qurulmasını da uyğun gömədiklərini, növbədənkənar parlament seçkiləri ilə bağlı Türkiyə Böyük Millət Məclisində keçiriləcək müzakirələrə qatılacaqlarını, ancaq dəstək verməyəcəklərini bildirdi. Bizim çox istəməyimizə baxmayaraq, nə Kamal Kılıçdaroğlu, nə də Dövlət Bağçalı ilə koalisiya hökuməti qurmağın mümkün olmadığını gördük. Prezidentlə görüşüb addımlarımızı müəyyənləşdirəcəyik. Biz qapılarımızı bağlamamışıq. Təkrar görüşlər keçirə bilərik. Ancaq koalisiya hökumətinin qurulması mümkün deyil. Avqustun 23-dən sonra növbədənkənar parlament seçkiləri ilə bağlı qərar veriləcək. Əgər zərurət yaranarsa, vəzifəmdən əl çəkəcəyəm”.(report.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29580

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728