Polis rəisinin müavini həbs olundu

18.08.2015 - 10:54

poYolda mübahisə etdiyi motosikl sürücüsünü xidməti tapançası ilə öldürən İstanbul polis idarəsinin rəis müavini Cəlal Yılmaz həbs olundu. ANS PRESS-in məlumatına görə, Yılmaz ötən gecə saat 01.00-də polisin 155 qaynar xəttinə zəng vuraraq bir nəfəri güllələdiyini deyib. Silahı ilə birlikdə polisə təslim olan Cəlal Yılmaz hadisənin özü kimi polis olan həyat yoldaşı ilə birlikdə evə gedərkən baş verdiyini deyib.

Evə gedərkən yolda naməlum motosikl sürücüsü ilə mübahisə etdiyini deyən Yılmaz həmin şəxsin onu yaşadığı xidməti polis evinə qədər təqib etdiyini bildirib. Təqibin evə çatana qədər davam etdiyini deyən polis əməkdaşı burda həmin şəxsin motosiklla maşının yolunu kəsdiyini, mübahisənin burda da davam etdiyini qeyd edib.

Yılmazın iddiasına görə, motosikllı şəxs onu hədələyərək hadisə yerindən uzaqlaşıb və avtomobilini park edərkən yenidən qayıdaraq silah çıxarıb. Rəis müavini o anda həmin şəxsi öz silahı ilə vurduğunu deyib.

Qeyd edək ki, motosikl sürücüsü Əhməd Sülüşoğlu hadisə yerində dünyasını dəyişib və onun çıxardığı silahın idman tapançası olduğu məlum olub. Cəlal Yılmaz məhkəmənin qərarı ilə həbs olunub, faktla bağlı araşdırmalar davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29603

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728