İŞİD-dən yeni cihad çağırışı: “İstanbulu fəth edin”

18.08.2015 - 12:18

isid3İŞİD terror qruplaşması növbəti dəfə Türkiyəni təhdid edib. Amma sonuncu təhdid əvvəlkilərdən daha sərt şəkildə səsləndirilib və konkret şəxslərin adları çəkilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror qruplaşması internetdə yerləşdirdiyi sonuncu videomüraciətində Türkiyədəki insanları cihada və İstanbulu fəth etməyə çağırıb.

Videoda danışan “əmir” isə ötən il Türkiyədən İŞİD-ə qatılıb. İŞİD üzvünün türk dilində danışdığı və video üçün peşəkar çəkiliş texnikasından istifadə olunduğu diqqət çəkir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün təhqiramiz ifadələrin yer aldığı videoda Mustafa Kamal Atatürk də tənqid olunur və Ankaranın ABŞ liderliyindəki koalisiyaya qatılması pislənilir: “Dünyəvi Kamal Atatürk gəldi, dinlərin inkar edilməsi və dünyəvilik üçün təbliğat apardı. Daha sonra xain Ərdoğan gələrək Allahın şəriəti ilə idarə etmədi, Amerika, yəhudilər, xaçpərəstlər və ateist PKK-çılarla dost oldu. Ərdoğan Türkiyəni irqçi PKK-çılara və xaçpərəstlərə satdı. Sizi xaçpərəst Amerikaya kölə edərək bütün dəyərlərinizi satdı”.

Türkiyə xalqına səslənən İŞİD “əmİri” nitqinə bu şəkildə davam edir: “Ey Türkiyə xalqı, vaxt keçmədən bu ateistlərə , xaçpərəstlərə və siz aldadıb xaçpərəstlərə kölə edən insanlara qarşı qiyam qaldırıb onlarla döyüşə başlamalısınız. Allah yolunda cihad edin və ölüləriniz Allah qatında şəhid olsun, ölüləriniz ateistlər və xaçpərəstlərlə birlikdə atəşdə yanmasın”.

Videoda həmçinin İŞİD-in Türkiyədəki üzvlərinə “İstanbulu fəth edin” çağırışı edilib. “Gecə-gündüz xaçpərəstlərə təslim edilməsi üçün mübarizə aparılan İstanbulu fəth edək. Xilafətə yardım etməyə tələsin”, – İŞİD “əmiri” videomüraciətdə deyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=29627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728