Kasıbların banklara olan borcları silinəcək
18.08.2015 - 13:49

Yunanıstanda dövlət banklarına və dövlətə 20 min avroya qədər borcu olanların, “çox kasıb olduqları üçün” bütün borcları silinəcək.
Ölkənin “Ethnos” qəzetinin xəbərinə görə “xüsusi şərtləri yerinə yetirdikləri halda” ölkədə dövlət banklarına, Maliyyə Nazirliyinə və sığorta fondlarına 20 min avroya qədər borcu olanların bütün borcları silinəcək. Belə insanların sayının təxminən 35 min olduğu bildirilir. Borcun silinməsi üçün irəli sürülən “şərtlər” də xeyli maraqlıdır.
Belə ki, borcunun silinməsini istəyəcək adamın çox kasıb olması, 1000 avrodan çox yığılmış pulunun və ya hər hansı bir əmlakının olmaması, heç bir qazancının olmaması, 18 ay ərzində borclunun iqtisadi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməməsi lazımdır.
“Ethnos” qəzetinə görə, Yunanıstanın Maliyyə Nazirliyi sözügedən borcluların ilk növbədə bölgə məhkəmələrinə müraciət edərək borcunun silinməsinə lazım olub-olmadığına dair müəyyənləşdirmək məcburiyyətindədir.
Proqramın, dövlətə olan vergi borclarını, sığorta haqq borclarını,banklara olan istehlak krediti və kredit kartı borclarını əhatə etdiyi bildirilir.
Bununla yanaşı məhkəməyə müraciət edən şəxsin borcları dərhal silinməyəcək. Məhkəmənin, bir adamın uyğunluğunun yoxlanması və razılıq verilməsi prosesinin təxminən 1.5 il davam edəcəyinə diqqət çəkilir. Qəzet, Yunanıstanın məhkəmə sisteminin ağır işlədiyini xatırladaraq, bunun daha uzun çəkə biləcəyini qeyd edir.
Yunanıstanda bu qərarın, erkən seçki ehtimalları ilə də bağlı ola biləcəyi danışılır.
ŞƏRTLƏR OLDUQCA AĞIRDIR
-Ərizə sahibinin daşınmaz əmlak sahibi olmaması və son üç il içində də hər hansı bir əmlak satışı etməmiş olması,
-Borclu şəxsin və ya ailəsindəki şəxslərin bankda 1000 avrodan artıq əmanətinin olmaması,
-Ümumi borc məbləğinin, faizi ilə birlikdə 20 min avronu keçməməsi,
-Müraciət etdiyi tarixə qədər ötən bir ildə borclunun heç bir gəlirinin olmaması,
-Başqa borclularının olmaması lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda da əhalinin banklara olan borclarının silinməsi barədə şaiyələr yayılmşdı. (Marja)
Short URL: http://www.cumhuriyyet.net/?p=29652