Türk ordusu yenə də şəhid verdi

19.08.2015 - 11:17

HELETürkiyənin Diyarbakır vilayətinin Lice rayonunda PKK terrorçuları ilə əsgərlər arasında silahlı qarşıdurma olub. Lice rayonunda dünən axşamdan etibarən fövqəladə vəziyyət elan edilib, insanlara küçəyə çıxmaq qadağan edilib. Əsgərlərlə terroçular arasında silahlı qarşıdurma isə bu gün səhər baş verib. Nəticədə 4 əsgər yaralanıb. Yaralı əsgərlər helikopterlə Dicle Universiteti Xəstəxanası təcili tibbi yardım bölməsinə aparılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdi. Həkimlər onların həyatın
ı xilas edə bilməyiblər.

Türkiyədə gərginlik davam edir. Hər ötən gün ölüm xəbərləri artmaqdadır. Türkiyədə PKK silahlılarına qarşı keçirilən əməliyyatlar fonunda həftə boyu hadisələr səngiməyib. Türk polisi isə ölkənin dörd bir yanında törədilən terror aktlarını anti-terror əməliyyatları ilə susdurmağa çalışır.(ANS)

Short URL: http://www.cumhuriyyet.net/?p=29697

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728