PKK Türkiyədə açıq müharibəyə başlayıb

20.08.2015 - 01:42

Bir gündə 8 şəhid, İstanbulun mərkəzində polisə hücum, güney doğuda muxtariyyət hədələri

pkk1PKK-nın Siirtin Şirvan və Pervari qəsəbələrini birləşdirən magistral yolda quraşdırdığı bomba 8 türk əsgərinin həyatına son qoyub. CNNTürk xəbər verir ki, avqustun 19-da Türkiyə Silahlı Qüvvələrinə aid hərbi maşın həmin yoldan keçərkən PKK uzaqdan idarə edilən bombanı işə salıb və 8 əsgər şəhid olub. Təhlükəsizlik qüvvələri dərhal əraziyə giriş-çıxışı bağlasalar da PKK-lıları həbs etmək mümkün olmayıb. Türkiyə Silahlı Qüvvələri olaydan sonra ərazidə genişmiqyaslı hərbi əməiyyatlara başlayıb. Siirt bölgəsi jandarmının xüsusi təyinatlıları Sikorski helikopterləri ilə əraziyə gətirilib.
İstanbulda Dolmabahçe Sarayının giriş qapısında polislərə silahlı basqın olub. Ölən və yaralanan olmayıb. Hücum edənlərin ikisi yaxınlıqda yerləşən Almaniyanın İstanbul konsulluğu binasının yaxınlığında ələ keçib. İstanbul valiliyinin bu haqda açıqlamasında deyilir ki, öncə terrorçular kiçik əl bombasını polisə tərəf atıb, daha sonra isə sarayın keşiyini çəkən polislərə odlu silahdan atəş açılıb. Valilik bildirib ki, saxlanan şəxslər avqustun 8-də AKP-nin İstanbul təşkilatının binasına hücum edən şəxslərlə eyni terror qruplaşmasındandırlar: “Təhlükəsilik qüvvələrinin anında reaksiya verməsi nəticəsində terrorçular bir neçə dəqiqə sonra həbs olunub. Onların üzərindən 2 ədəd əl bombası, 1 ədəd avtomat silah, 1 dədə tapança, xeyli sayda patron götürülürüb. Təhlükəsizlik qüvvələri itki verməyib”.
Türkiyəni güney-doğusundakı bir sıra bölgələrin muxtariyyət elan etməsi PKK-nın siyasi qanadına aid bir neçə bələdiyyə üzvünün həbsinə səbəb olub. Saxlanan şəxslər haqqında dövlət quruluşuna qarşı çıxma maddəsi ilə cinayət işi açılıb. Ancaq PKK-lılar prosesi davam etdirmək fikrindədirlər. Diyarbəkir bələdiyyə başqanı Gültan Kışanak ötən günkü açıqlamasında “dövlət gəlibmənim bələdiyyə başqanımı həbs edirsə, mən də muxtariyyət elan edərəm” sözləri ilə üzərinə ciddi qınaq və təpkilər çəkib.  Kışamağın sözlərini həm siyasilər, həm də vətəndaşlar ciddi etirazlarla qarşılayıb, hökumətdən PKK-nı dəstəkləyən, bölücülüklə məşğul olan bələdiyyə başqanına qarşı qanuni tədbirlər görülməsini tələb ediblər.
Türkiyəni güney-doğusundakı bir sıra bölgələrin muxtariyyət elan etməsi PKK-nın siyasi qanadına aid bir neçə bələdiyyə üzvünün həbsinə səbəb olub. Saxlanan şəxslər haqqında dövlət quruluşuna qarşı çıxma maddəsi ilə cinayət işi açılıb. Ancaq PKK-lılar prosesi davam etdirmək fikrindədirlər. Diyarbəkir bələdiyyə başqanı Gültan Kışanak ötən günkü açıqlamasında “dövlət gəlibmənim bələdiyyə başqanımı həbs edirsə, mən də muxtariyyət elan edərəm” sözləri ilə üzərinə ciddi qınaq və təpkilər çəkib.  Kışamağın sözlərini həm siyasilər, həm də vətəndaşlar ciddi etirazlarla qarşılayıb, hökumətdən PKK-nı dəstəkləyən, bölücülüklə məşğul olan bələdiyyə başqanına qarşı qanuni tədbirlər görülməsini tələb ediblər.
Terror hücumlarının davan etdiyi bir zamanda siyasi gündəmdə yenə də hökumət qurulması məsələsi var. Avqustun 23-də Türkiyə prezidenti qarşıdakı 3 ayda ölkəni idarə edəcək müvəqqəti hökumət qurmalıdır. Ötən gün koalisyon hökumət qurmaq görəvini yerinə yetirə bilməyən baş nazir AKP sədri Ahmet Davutoğlu bu vəzifəni yenidən prezident Rəcəb Tayyib Ərdoğana geri verib. Türkiyənin siyasi dəhlizlərində AKP-nin CHP ilə bu məsələdə anlaşacağı və müvəqqəti hökumətdə CHP sədri Kemal Kılıçdaroğlunun baş nazir olacağı bildirilir. Onu da vurğulayaq ki, MHP sədri Devlet Bahçeli partiyanın müvəqqəti hökumət qurulması prosesinə qatılmayacağı haqda qərar verdiyini açıqlayıb.
Türkiyədə yaşanan olayları “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki,əslində AKP lideri Əhməd Davudoğlu koalisyon hökumət qura bilmədiyi üçün növbə CHP lideri Kamal Kılıçdaroğluna çatmalıdır: “CHP 7 iyun parlament seçkisinin nəticəsinə görə ikinci yeri tutub. Buna görə də nəzəri cəhətdən prezident Rəcəb Təyyub Ərdoğan hökuməti qurmaq üçün mandatı bu dəfə Kamal Kılıçdaroğluna verməlidir. Ancaq deyəsən Ərdoğan hələ ki, belə bir addım atmağı düşünmür. Bunun obyektiv səbəbi var. Praktik baxımdan mandat Kamal Kılışdaroğluna verilsə belə o koalisyon hökumət qura bilməyəcək. Kılıçdaroğlu AKP-siz koalisyon hökümət qurmaq üçün MHP və BDP-ni bir araya gətirməlidir. Bu isə prinsip olaraq mümkün deyil. Biri milliyətçi türk, digəri milliyətçi kürd kəsimin siyasi partiyasıdır. Onu da nəzərə almaq lazımdır ki, BDP faktiki PKK-nın siyasi qanadıdır. MHP-nin belə bir partiya ilə koalisiyaya getməsi onun tarixin arxivinə göndərilməsi deməkdir. Yəni Kılıçdaroğlu istəsə belə koalisiya qura bilməyəcək. Ona görə də Ərdoğan Kılıçdaroğluna mandat verib gərəksiz yerə vaxt itirmək istəmir”.
Koalisiya yaratmaq məqsədilə AKP-CHP danışıqları nəticəsiz qaldıqdan sonra Türkiyə siyasi partiyaları və cəmiyyəti artıq erkən parlament seçkisinə kökləniblər. Elxan Şahinoğlu deyir ki,  bu qaçılmazdır: “13 ildir bir-birini söyən, düşmən adlandıran partiyaların koalisiyası alınmadı. Ancaq koalisiyanın alınmaması Türkiyəyə əlavə problem yaradacaq. Çünki, erkən seçkinin nəticəsi 7 iyundakı nəticədən fərqlənməyə də bilər. Yekunda heç bir partiya mütləq səs çoxluğu qazanmasa yenidən koalisiya danışıqları başlayacaq və bu dəfə artıq hansısa formada hökuməti formalaşdırmaq məcburiyyətində qalacaqlar. Bu zaman isə Türkiyə vətəndaşı haqlı olaraq sual edəcək: Yenidən koalisyon danışıqları başlayacaqdısa bizi niyə yenidən seçkiyə sürüklədiniz? Ancaq ikinci bir variant ondan ibarətdir ki, Türkiyə vətəndaşları koalisyanın alınmadığını görüb yenidən AKP-yə səs verəcək. Onsuz da 7 iyun seçkisində AKP-yə cəmi 18 millət vəkili çatmamışdı. Bu dəfə isə o, istəyinə çata bilər. Bunu iki amil şərtləndirə bilər. Birincisi, Ərdoğan PKK ilə silahlı mübarizəyə başlayıb, terrorçuları yuvalarında məhv etməyə çalışır. Bu isə erkən seçkidə AKP-yə milliyətçi kəsiminin əlavə səsini qazandıra bilər. Ona görə də MHP niyə birinci mərhələdə AKP ilə koalisyaya razılaşmadı, bu mənə aydın olmadı. Çünki, bu dəfəki seçkidə MHP-nin səslərinin bir hissəsi AKP-yə gedə bilər. MHP-nin ötən dəfəkiylə müqayisədə erkən seçkidə səsi azalacaqsa, onun 7 iyundan sonra AKP ilə koalisyon qurmamasının yanlış addım olduğu anlaşılacaq. İkincisi, 7 iyunda AKP-nin təkbaşına hökumət qurmasını BDP-nin 10 fazilik səddi aşması oldu. Bu partiya səddi aşmasaydı, CHP və MHP-nin səslərindən asılı olmayaraq AKP istədiyi nəticəni əldə edəcəkdi. BDP-yə 6 milyondan çox insan səs vermişdi. Bunun hamısı kürdlərin səs deyildi. BDP-yə səs verənlər arasında liberal türklər və AKP-nin təkbaşına hökumət qurmasını istəməyənlər də var idi. BDP-yə səs verənlər gözləyirdilər ki, bu partiya PKK ilə arasına məsafə qoyacaq, terrorçuları tərksilah olunmağa çağıraraq ümumTürkiyə partiyasına çevriləcək. Bunun üçün münbit zəmin də var idi. Türkiyə Cumhuriyyəti tarixində kürd hərəkatının 80 üzvü millət vəkili seçilmişdi. Ancaq BDP PKK-nın kölgəsindən çıxmadı, terrorçuları silahı yerə qoyub, proseslərin siyasi müstəvidə həllinə çağırmadı. İndi isə artıq gecdir. PKK Türkiyəni birinci vurdu və cavabını aldı. Düşünürəm ki, PKK ilə mübarizə parlament seçkisindən sonra da davam edəcək. Məncə, bu siyasətinə görə BDPnin erkən seçkidəki səsləri nisbətən azala bilər ki, bu isə AKP-nin işinə yarayacaq”.
Aygün Muradxanlı,musavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728