Lev Durov vəfat edib

20.08.2015 - 11:36
durovRusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Lev Durov vəfat edib.
“Report” xəbər verir ki, aktyor avqustun 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, SSRİ xalq artisti Lev Durov 1931-ci ildə anadan olub.
Teatr və kino səhnəsində maraqlı obrazlara imza atıb. Kinoda 200-dən çox rol ifa edən məşhur aktyor rejissor Yuli Qusmanın 1981-ci ildə ekranlaşdırdığı “Qorxma, mən səninləyəm” iki seriyalı bədii filmində San Sanıç obrazını canlandırıb. Filmin ekranlara çıxmasından 30 il sonra “Qorxma, mən səninləyəm 1919” filmi çəkilib.
Əvvəlki filmin davamı olaraq çəkilən ekran əsərində Lev Durov köhnə qəhrəmanlarının yeni taleyini canlandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=29778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728