Türkiyədə seçkinin dəqiq tarixi açıqlandı – MSK elan etdi
Türkiyədə erkən seçkinin keçirələcəyi tarix məlum oldu. Qanuna görə, erkən seçki ən tezi oktyabrın 18-də, ən geci də noyabrın 22-də baş tutmalıdır. Bu gün Türkiyə Mərkəzi Seçki Komissiyası seçkinin dəqiq tarixini açıqlayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, erkən seçki noyabrın 1-də keçiriləcək. Ona qədər isə ölkəni prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qurulan seçim hökuməti idarə edəcək. MHP və CHP seçim hökumətində təmsil olunmayacağını bəyan edib. Bu o deməkdir ki, müvəqqəti hökumətdə yalnız iki partiyadan – AKP və HDP-dən nazirlər olacaq.
Mərkəzi Seçki Komissiyasından onu da bildiriblər ki, vaxt azlığına görə budəfəki seçkidə seçici siyahıları ilə bağlı etirazlar və namizədliyin irəli sürülməsi üçün ayrılan müddət qısaldılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=29813