Şəhidin telefonuna morqda zəng gəldi – “Annem arıyor…”

20.08.2015 - 13:36

esger4Dünən Türkiyənin Siirt bölgəsində PKK terror təşkilatının hərbi avtomobili partlatması nəticəsində şəhid olan 8 şəhiddən birinin telefonuna morqda gələn zəng hər kəsi çarəsiz vəziyyətə salıb.

“Qafqazinfo” Türkiyə KİV-
nə istinadən xəbər verir ki, Rəcəb Beycurun cibindəki telefon cənazəsi Siirt Dövlət Xəstəxanasının morquna gətirilən zaman zəng çalıb. Telefona zəng edən şəxsin şəhidin anası olduğu bilinəndə isə telefon əldən-ələ dolaşsa da, onu heç kim açmağa cəsarət etməyib.

Xəstəxana işçisi həmin anı belə anladıb: “Komandir telefonu çıxaranda “anam” yazılı bir ad çıxdı. “Anam” 2-3 dəfə zəng etdi, lakin komandir telefonu məşğul kimi göstərdi. Orada duyğulu anlar yaşandı. Həmin insanların həqiqətən də deyəcək sözləri yox idi. Çünki sözün bitdiyi yerdəydik. Prokuror da, əsgər də telefona cavab verə bilmədi. Komandir isə dözmədi və telefonu tamamilə söndürdü”.

Short URL: http://www.cumhuriyyet.net/?p=29819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728