Türkiyə gündəmini dəyişəcək şok iddia – “Hökumət PKK-ya qarşı əməliyyatlara icazə vermir”

20.08.2015 - 13:46

pkk«AKP hökuməti yerlərdə icra hakimiyyəti başçılarına və silahlı qüvvələrə PKK-ya hücum etməmək əmri verib».

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şok iddia ilə MHP-nin Qaziantepdən olan millət vəkili Ümid Özdağ çıxış edib.
Onun sözlərinə görə, PKK Türkiyəyə 64 ton partlayıcı maddə keçirib. Və bunun nəticəsi olaraq hər gün türk əsgərləri şəhid edilir:«Hökumət əsgərlərə PKK-ya qarşı əməliyyat keçirməmək əmri verib. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Verdiyimiz hər şəhidin cavabdehi təslimiyyətçi müzakirələrdir. AKP hələ də bu müzakirələrdən əl çəkmək istəmir. Quru Qoşunlarına PKK-ya qarşı əməliyyat başlatmaqla bağlı göstəriş verilmir. Əsgərlərimiz yalnız müdafiə mövqeyində qalmağa məcbur olurlar. Normal ölkədə belə bir əmri verən hökumət mühakimə olunmalıdır. Yunanlara adanı (Kipr-red:) verən AKP indi də Türkiyənin bir hissəsini PKK-ya verir. Torpaq vermək bunların fitrətində var».

Short URL: http://www.cumhuriyyet.net/?p=29828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728