İŞİD-in altı mərhələli hücum planı və üçillik “açıq müharibə”

21.08.2015 - 00:59

isidABŞ xüsusi xidmət orqanı əməkdaşları Pakistanda “İslam dövləti” (İŞİD) terror qruplaşmasının məxfi sənədini tapıblar. Sənəddə “İslam dövləti”nin qısa tarixi və gələcək planları barədə məlumatlar yer alıb.

Sənəddə həmçinin Əfqanıstan və Pakistanda yeni terror ordusunun yaradılması, Hindistan və ABŞ-la müharibənin başlanması, İŞİD-in ən yaxın dövrdəki planları və ideologiyasının əsas bəndləri göstərilib. Urdu dilində yazılan və 32 vərəqdən ibarət mətn əhəmiyyətinə görə nasist lider Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabı ilə müqayisə edilir.

“Sənəd faktiki olaraq xilafətin “Mein Kampf”ıdır. Hələlik bütün dünya İŞİD-in videoçarxlarına baxır. Amma biz görürük ki, onların Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya ilə bağlı xüsusi strategiyası var. Bu, bir sehrbazın fəndi kimidir: bir əlinə baxırsınız, bu zaman ikinci əl nəsə edir”, – sənədlə tanış olan Amerika xüsusi xidmət orqanı nümayəndələrindən biri bildirib.

Məlumata görə, bir çox rəsmi şəxs unikal simvollara əsaslanaraq sənədin saxta olmadığını təsdiq ediblər. Sənədin mətnində xüsusi dil və təşkilatın əvvəlki bəyanatlarında istifadə olunan xüsusi dini sözlərdən istifadə olunduğu bildirilir.

Amerika xüsusi xidmət orqanlarının istefada olan generalı Maykl Flinn sənədi İŞİD-in detallı sənədi adlandırıb: “Sənəddə onların niyyət, hədəf və planları yer alıb. Bu qırmızı bayraqdır və biz ona xüsusi diqqətlə yanaşmalıyıq”.

Dünyanın ələ keçirilməsi üzrə altı mərhələli hücum planı və “dünyanın axırı” sənəddə təfərrüatı ilə təsvir edilib. Terrorçuların fikrinə əsasən, hazırda “Xilafət”in elanından sonra başlayan beşinci mərhələ davam edir. İŞİD proqnozlarına görə, 2017-ci ildən 2020-ci ilə qədər “açıq müharibə” mərhələsi başlayacaq. Terror qruplaşması bütün dünyada “xilafət”ə inananlarla inanmayanların qlobal toqquşmalarının baş verəcəyini qabaqcadan xəbər verirlər.

Ömər Dağlı, publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930