Nostradamus İŞİD-in yaranacağını görübmüş

21.08.2015 - 12:18

isid416-cı əsrdə yaşamış məşhur fransız öncəgörən Mişel Nostradamus İŞİD-in meydana çıxacağını qabaqcadan görüb.

“Nostradamus 2242” saytının təhlilçiləri Nostradamusun “İraq və Şam İslam Dövləti”nin Yaxın Şərqdə güclənəcəyini gördüyünü iddia ediblər.

Onların mülahizələrinə görə, astroloqun şifrəli sözləri məhz İŞİD-ə işarədir:

“Mesapatomiyada alçaq bir tiran var. O öz məkrli planı üçün bu ərazilərə girəcək. Bütün dostlar zina edən o qadınla əlaqədə olacaq. Qorxunc və zilqaranlıq görünən bir torpaq”.

Bu ifadələrin daha əvvəl ABŞ-ın İraqı işğal etdiyi zaman Üsəma bin Laden və Səddam Hüseynlə əlaqəli olduğunu iddia ediblər.

İndi isə İŞİD-in İraq və Suriyada (Mesapatomiya) torpaqları zəbt etməsi, bayrağının qara olması və şəriət hökmranlığını hədəfləməsi bu ifadələrin terror təşkilatına şamil edildiyi barədə mühakimələri ortaya çıxarıb. Nostradamusun 3-cü Dünya müharibəsini məhz İŞİD-in törətdiyi cinayətlərdə gördüyü qeyd olunur.

Həkim-astroloq əsrlər əvvəl Hitlerin iqtidara gəlişini, 2-ci Dünya müharibəsini, Fransa inqilabını, ABŞ Prezidenti Con Kennediyə sui-qəsdi xəbər verib. (axar.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=29965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728