Hitlerin qızılla dolu qatarı tapıldı

21.08.2015 - 13:24

hitlerPolşa mətbuatı qeyri-adi tapıntı haqda məlumat yayıb.

Axar.az xəbər verir ki, iki şəxs Üçüncü Reyxin dövründən qalma içi qızıllarla dolu zirehli qatar aşkar ediblər. Qızılların 1945-ci ildə Vrotslav şəhəri yaxınlığında itdiyi güman edilir.

Polşalılar deyir ki, bu qızıllar haqda şəhərdə çoxlu əfsanələr mövcuddur. Deyilənə görə, qızıllarla dolu zirehli qatar Ksenj qəsri yaxınlığında itib. Hadisə ilə bağlı açıqlama verən şəhər rəhbərliyi məsələdən xəbərsiz olduğunu deyib:   “Sözügedən ərazidə heç vaxt araşdırma və ya qazıntı işləri aparılmayıb. Buna görə də orada nə olması ilə bağlı heç bir təsəvvürümüz yox idi”.
Qızılları tapan şəxslər onun ümumi dəyərinin 10 faizini qanuni yolla əldə etmək istəyirlər.   Polşa mətbuatında yayılan xəbərlərə görə, qatarın uzunluğu 150 metr, qızılların çəkisi isə 300 tondur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930