Rusiya böhran astanasında: Rubl çökdü
Bir neçə gündür davam edən rus rublunun ucuzlaşması prosesində müsbətə doğru heç bir irəliləyiş yoxdur.
Axar.az xəbər verir ki, Moskva birjasında dollar 69 rublu keçib və 1,1610 rubl bahalaşaraq 69,12 rubla çatıb. Bu, 21 avqust saat 23:44-ə olan məlumatdır. Şənbə günü olduğu üçün birjada məlumat da yenilənmir. Avro isə 2,2650 rubl bahalaşaraq 78,65 rublda qərarlaşıb.
“Bloombeg” “Brent” markalı neftin bu gün daha 2,49 faiz ucuzlaşdığını və 45,46 dollara düşdüyünü bildirib. Beləliklə, rus rublunun bu kritik həddən də aşağı düşəcəyi istisna edilmir. İqtisadçı ekspertlər dolların 70 rubla qalxmasını Rusiya iqtisadiyyatı üçün böhran kimi qiymətləndirirlər. Hazırda Rusiya Mərkəzi Bankı da ehtiyat fondunun azalması səbəbindən rublun məzənnəsinin saxlanılmasına müdaxilə etmək imkanında deyil. Rublun ölməsi və Rusiya iqtisadiyyatının tənəzzülü Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmaqda davam etməsi və Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından olan Rusiyadakı mövcud durum manatı da təhdid edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=30082