Ayətullah Kermanidən şiələrə çağırış: “Sünni müqəddəslərini təhqir edən bizdən deyil, yolunu azıb”

23.08.2015 - 15:05

kermani“Nüvə sazişi İranın ABŞ-la barışması demək deyil. ABŞ sionist rejimini dəstəkləyir və bu rejim cəllad, qatil rejimdir. Bu cür rejimi dəstəkləyənlə barışmaq olarmı? Onların ölkəmizdə törətdiyi cinayətləri sayıb qurtarmaq mümkün deyil”.

Strateq.az İran agentliklərinə istinadən xəbər veriri ki, bu fikirləri Tehrandakı cümə xütbəsi zamanıAyətullah Muhəmməd Əli Muvəhhidi Kermani deyib.

Ayətullah Kermaninin sözlərinə görə, ABŞ müzakirə masasında İran İslam Respublikasına öz iradəsini yeritdiyini və hansısa əhd aldığını qətiyyən düşünməməlidir: “Nüvə silahından istifadə etməmək birbaşa bizim dindarlığımızla əlaqəlidir və bizim dinimiz bu silahdan isitfadə etməyi, məzlumu da zalımla birgə məhv etməyi qadağan edir. İran sanksiyaları qaldırmağa israr etməklə sübut etdi ki, zülmə boyun əyən deyil. Xalqımızın səbr və müqaviməti, rəhbərimizin göstərişləri öz bəhrəsini verdi. İranın sürətli inkişafı onları dəhşətə gətirib. Elə bu səbəbdəndir ki, müzakirə heyətimizin istəklərini qəbul etdilər. Ölkəmiz bu müzakirələrlə dünyanın böyük gücü olduğunu sübut etdi. İranın güclü məntiqi dünya ölkələrinə çatdı. Biz ölkəmizə nüfuz etməyi amerikalıların üzünə bağlamışıq və həmişə də bağlayacağıq. Onlar bölgə ölkələrinə də nüfuz etmək fikrindədirlər. Bu müzakirələrlə də onu xəyal edirlər”.

Çıxışı zamanı xətib İslam ümmətinin ən böyük problemlərindən olan vəhdət məsələsinə də toxunub və olduqca maraqlı fikirlər səsləndirib: “İxtilaf Allahın Quranda əzab verəcəyini bildirdiyi məsələlərdəndir. Düşmənin başına vuracağımız yumruqları bir-birimizin başına vurmayaq. Rəhbərimizin də dediyi kimi, heç kim əhli-sünnənin müqəddəslərini təhqir etməməlidir. Təhqir edən bizdən deyildir və yolunu azdığını anlamalıdır. Londonda yaranan şiəliyin həqiqi şiəliklə heç bir əlaqəsi yoxdur.”

Ayətullah Kermani çıxışında ABŞ-ın dəyişməyəcəyini və onun probleminin İslamla bağlı olduğunu vurğulayıb: “ABŞ bilməlidir ki, İran heç vaxt Fələstin müqavimətini dəstəkləməkdən əl çəkməyəcək. ABŞ-ın dəyişdiyini düşünmək sadəlövhlükdür. Onların düşmənçiliyi qalıb. Çünki onların problemi İslamladır. Vəhhabi rejimi olan Səudiyyə nə vaxt öz yalnışlarını anlayacaq? Nə qədər cinayət törətmək istəyirlər? Allahdan onları ayıltmağını istəyirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031