İsrail İranı niyə vura bilməyib? – 3 dəfə əməliyyat planı təxirə salınıb
İsrailin dəfələrlə İranın hərbi obyektlərinə hücum planlaşdırdığı və son anda bu fikirdən daşındığı ortaya çıxıb.
Strateq.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, bu sirr ölkənin keçmiş müdafiə naziriEhud Barakın İsrail mətbuatına sızdırılan səs yazılarından məlum olub. Öz həyat bioqrafiyasını yazan müəlliflərlə danışığında sabiq müdafiə naziri 2010, 2011 və 2012-ci illərdə İrana hücum hazırladıqlarını və müxtəlif səbəblərdən bu planı yerinə yetirə bilmədiklərini açıqlayıb
2010-cu ildə planlaşdırılan hücum İsrail ordusunun Baş Qərargah rəisi razılıq vermədiyindən təxirə salınıb. O dövrün ordu komandanı öz mövqeyini İsrail Silahlı Qüvvələrinin bu əməliyyata hazır olmamasıyla əsaslandırıb.
2011-ci ildəki plana 2 nazir mane olub. Onlardan biri dövrün müdafiə naziri Moşe Yalon, digəri isə Enerji naziri Yuval Steinitz imiş. Ehud Barak həmin hücuma razılıq verməyən bu adamları indi ən sərt mövqe tutmaqda günahlandırmaqdan da özünü saxlaya bilməyib.
Planlaşdırılan 2012-ci il əməliyyatı isə ABŞ-la keçirilən müştərək hərbi təlimlərlə və həmin ərəfədə Pentaqon rəhbərinin İsrailə səfəriylə eyni vaxta düşdüyündən təxirə salınıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=30102