İki ölkə Rusiyaya qarşı razılığa gəldi
Tallində səfərdə olan Polşa Prezidenti Anji Duda NATO bazalarının Şərqi Avropa ölkələrində yerləşdirilməsi ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, Duda bunu Estoniya Prezidenti Tomas Hendrik İlveslə birgə keçirdiyi mətbuat konfransında deyib. “Bizim dost silahlı birliklərimiz NATO-nun bütün real sərhədləri daxilində yerləşdirilməlidir. Bu mənim təklifimdir. Bizim müttəfiqlərimiz bunu nəzərdən keçirməlidir. Bu, təkcə tarixi nəzər nöqtəsi baxımından deyil, həm də ədalətli olardı”, – Duda bildirib.
Estoniya Prezidenti Tomas Hendrik İlves də polşalı həmkarının fikirlərini dəstəkləyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30123