ABŞ əsgərinin etirafları: İraq və Əfqanıstan hərbçiləri arasında homoseksuallıq geniş yayılıb

24.08.2015 - 10:27

iraqİraqda yaşanan vətəndaş müharibəsi haqqında müxtəlif xəbərlər alırıq. Hər dəfə İraq hərbi qüvvələrinin hansısa əməliyyatı təxirə saldıqlarını, yaxud özlərindən qat-qat az qüvvə qarşısında silahlarını buraxıb qaçdıqları xəbərləri hamımızı təəccübləndirir. Hər dəfə Pentaqonun İraq ordusunu əzmsizlikdə günahlandırdığını eşidəndə iddiaların qərəzli olduğunu düşünürük. Həqiqətən də uzaqdan elə görünür. Bəs, bu orduya yaxından nəzər salanlar hansı mənzərəylə qarşılaşırlar?

2007-ci ildən bəri ABŞ hərbi qüvvələrində snayperçi kimi qulluq edən Rich Blackburn həm Əfqanıstanda, həm də İraqda hərbi xidmətdə olub. O, Şimali İraqın Rudaw.com xəbər portalına İraq xatirələrini danışıb. Hər iki ölkənin əsgərləri ilə yaxın təmasda olduğundan ABŞ snayperçisinin dilə gətirdiyi xatirələr, zənnimizcə, bizi maraqlandıran bəzi suallara işıq tutur.

 Snayperçinin bu kiçik xatirələrini müəyyən ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:

 

Rich Blackburn: 26 yaşında. Amerikalı snayper. Əfqanıstan və İraqda qulluq edib.

 

-Snayperçi olmağa necə qərar verdiniz?

-Amerikanın cənubunda kiçik və yaşıl bir qəsəbədə böyüdüm. Ovçuluq və balıqçılıqla məşğul olurdum. 2007-ci ildə İraqa əsgər göndəriləcəyini öyrəndim. Mən o zaman 19 yaşındaydım. Və əsgərə getmək üçün müraciət etdim.

Niyə əsgər olmaq istədiniz?

-Açığı, 11 sentyabr hadisələri hələ də yaddaşımdan silinməmişdi. Üstəlik, atam da Amerika Birləşmiş Ştatları (ABŞ) Hava Qüvvələrində çalışırdı. Bunların hamısı mənim əsgər olmağım üçün səbəb idi.

-Bəs, necə snayperçi seçildiniz?

-Bir sıra testlərdən keçdim.

-Yəni sizdə snayperçilik qabiliyyəti gördülər?

-Bəli. O zamanlar Amerikada “Snayper” adlı bir film göstərilirdi. O filmdən çox təsirlənmişdim. Bundan başqa ovçuluqla məşğul olurdum. Bunun da təsiri az olmadı, təbii.

-Vəzifənizi yerinə yetirmək üçün neçə dəfə ölkə xaricinə göndərildiniz?

-İki dəfə. İraq və Əfqanıstana getdim.

-İraqda nə qədər qaldınız?

-Təxminən 7 ay.

-İctimaiyyətlə diyalogunuz necə idi?

-Ümumi mənada yaxşı idi. Polis və İraq Ordusuna bağlı əsgərlərlə əlaqələrim var idi. Bəzən birgə səngərlərdə də olurduq.

-İraq polisi haqqında nə düşünürsünüz?

-(Dərin bir köks ötürərək) Məncə, çox pis idilər.

-Niyə?

-Çox zaman onlarla birlikdə içərdik və özlərindən niyə bu qədər pis olduqlarını soruşardım. Cavab verməzdilər.

-Hansı xüsusiyyətləri pis idi? Tələb olunan döyüş ruhunamı sahib deyildilər?

-Bəli. Və bir də gec başa düşürdülər.

-Bəs, İraq Ordusunun mənsubları necə idilər?

-İraq əsgərləri polisə görə bir az daha yaxşı idilər. Amma onlar da komik idilər. Onların da daha çox ağla ehtiyacları var.

 -Təcrübələri az idi?

-Özbaşınalığa meylli idilər. Bir də homoseksualdılar. Aralarında bu cür cinsi problemləri olanlar çox idi.

-Homoseksualmı?

-Bəli! Əfqanıstanda da vardı. Hətta orada daha pis idi. Bir dəfə İraq əsgərlərindən biri mənə toxunmaq istədi. Onu yanımdan qovdum.

-Sizcə, İŞİD Mosula hücum edəndə İraq əsgərinin kifayət qədər silah və mühimmatı var idimi?

-Mən də buna çox təəccüb edirəm. Əllərindəki silahlarla qələbə qazanmaları lazım idi. Yalnız bu da var – İŞİD qüvvələri əsgərlərin içinə də sızmış ola bilərdilər. Bu zaman hərbçilərin müqavimət gücü tez qırılır. İraqda olduğum dövrdə polis formasıyla bizə tez-tez hücumlar təşkil edilirdi. Ya da polisin özü İŞİD tərəfdarı idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30138

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031