Bir həftə “zaryadkasız” işləyən “iPhone” yaradıldı

24.08.2015 - 11:01

iphoneBöyük Britaniyanın`Intelligent Energy` şirkəti `iPhone 6` üçün bir həftə enerji saxlayacaq batareya yaradıldığını elan edib.

Bu barədə AzVision.az `The Telegraph`-a istinadən xəbər verir.

Batareya patentləşdirilmiş texnologiya əsasında işləyir. Şirkət iddia edir ki, yeni batareyadan istifadə etmək üçün `iPhone`nun ölçü və formasını dəyişməyə ehtiyac yoxdur.

`Biz o qədər incə batareya yaratmağa müvəffəq olduq ki, ondan hazırda bazarda olan modellərdə istifadə etmək olar`, – deyə `Intelligent Energy` şirkətinin baş direktoru Henri Vinand bildirib.

Adi `iPhone`lardan fərqli olaraq yeni qurğuların arxasında su buxarları üçün ventilyasiya dəlikləri olmasıdır.

`Intelligent Energy` şirkəti bəyan edib ki, hazırda şirkət yeni batareyanın qiymətini müəyyənləşdirir.

Şayələrə əsasən şirkət özü `Apple`la sıx əməkdaşlıq edir. Lakin Vinand bu barədə yayılan məlumatları şərh etməkdən imtina edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728