Türkiyənin ana müxalifət partiyasında yumruq davası
Dünən CHP sədri Kamal Kılıçdaroğlunun başçılığı ilə toplanan Partiya Məclisində dava düşüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yığıncaq əsnasında başqan köməkçisi Murat Özçelik və Məclis üzvü Durdu Özpoladın xarici siyasətlə bağlı bir mövzuda sözləri çəp gəlib və məsələ uzanaraq həm söz, həm də yumruq davası ilə nəticələnib.
Siyasətçilərin bir-birlərinə işlətdiyi təhqiramiz sözlərdən əsəbiləşən başqan Məclisi tərk etmək istəsə də, Məclis üzvləri çətinliklə buna mane olub. Hadisədən məyus olan Kılıçdaroğlu ilk dəfə belə bir halla rastlaşdığını deyib: “Hər iki şəxsin etdiyi uşaqlıqdır, artıq nələr olduğunu sabah qəzetlərdən oxuyarıq”.
Qeyd edək ki, yığıncağın gedişində Özpolat yaşanan hadisəyə görə Məclisdən üzr istəyib. Özçelik isə başqan köməkçisi vəzifəsindən istefa edib, ancaq istefası Kılıçdaroğlu tərəfindən qəbul edilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30206