Türk qızılı İrana daşınır – “İran bazarı 6-7 ölkəyə bərabərdir”

24.08.2015 - 13:26
qizilTürkiyədən İrana qızıl-zərgərlik məmulatlarının ixracı keçən ilin ilk altı ayındakı 1,8 mln. dollardan bu ilin eyni dövründə 453 mln. dollara yüksəlib.
“Report”un Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə Türkiyənin İrana cəmi ixracının 24%-ni qızıl-zərgərlik məmulatları təşkil edib.
Ümumiyyətlə, bu müddətdə Türkiyədən İrana ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,894 mlrd. dollar olub. Zinət əşyaları İxracatçıları Birliyinin rəhbəri Ayhan Güner keçən ilin sonuna qədər bu ölkənin qızıl idxalına icazə vermədiyini bildirərək iranlı müştərilərin mal satın almaq üçün Dubaya üstünlük verdiklərini deyib. A.Güner İranın Türkiyə üçün önəmli bir bazar olduğunu və mövcud rəqəmlərin bir neçə dəfə yüksələ biləcəyini qeyd edib.
“İran bizim üçün önəmli bir bazardır, hətta 6-7 ölkəyə bərabərdir. Bu ölkəyə edəcəyimiz ixracla digər ölkələrdə yaşadığımız itkiləri əvəzləşdirə bilərik”, – deyə Birlik rəhbəri bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930