SOS: Dünya böyük təhlükə qarşısında
“Faynənşl Tayms”ın dərc etdiyi “Dünya inkişaf edən ölkələrdəki tənəzzüldən qorxmalıdır” başlıqlı yazıda bu ölkələrdən kapital çıxışının hazırkı vəziyyəti qiymətləndirilib.
Axar.az xəbər verir ki, inkişaf etməkdə olan ölkələrin dövlət xərclərini təcili artırmayacaqları təqdirdə bazarlardakı bu gedişin tənəzzülə səbəb ola biləcəyi bildirilib.
Bu ölkələrin təcili struktur islahatları həyata keçirmələrinin və dövlət xərclərini artıraraq iqtisadi artımı dəstəkləmələrinin lazım olduğu bildirilən yazıda indiyə qədər yalnız Meksika və Hindistanda islahatlara ciddi şəkildə üstünlük verildiyi qeyd olunub. İnkişaf edən ölkələrin borc ehtiyaclarını minimum səviyyəyə salmaq üçün dövlət xərclərini məhdudlaşdırdıqlarını önə çəkən qəzet maliyyə vəziyyəti qənaətbəxş olan ölkələri iqtisadi artıma dəstək verməyə səsləyib.
Yazıda Dünya Bankı, Afrika İnkişaf Bankı və Asiya İnfrastruktur Sərmayələri Bankı kimi qurumlar tərəfindən inkişaf edən ölkələrdəki layihələrə maliyyə proqramlarını artırmalarının zəruriliyi də qeyd edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=30312